...

Nazir: Azərbaycan Əfqanıstanda kiçik neft emalı zavodlarının tikintisində iştirak edə bilər

Energetika Materials 4 Sentyabr 2013 11:07 (UTC +04:00)
Azərbaycan Əfqanıstanda kiçik neft emalı zavodlarının (NEZ) tikintisində iştirak edə bilər.
Nazir: Azərbaycan Əfqanıstanda kiçik neft emalı zavodlarının tikintisində iştirak edə bilər

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir A.Axundov /

Azərbaycan Əfqanıstanda kiçik neft emalı zavodlarının (NEZ) tikintisində iştirak edə bilər. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın energetika və sənaye naziri Natiq Əliyev Əfqanıstanın neft naziri Vahidullah Şahraninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.

N.Əliyevin sözlərinə görə, bu gün Əfqanıstan öz iqtisadiyyatının bərpası üçün böyük işlər görür və Azərbaycan bu proseslərdə iştirak etməyə hazırdır: "İki ölkə arasında münasibətlər yalnız ticarətlə məhdudlaşmamalıdır, biz əməkdaşlığın yeni sahələrini inkişaf etdirməli, sərmayələri artırmalıyıq".

Nazir əminliyini bildirib ki, Azərbaycan və Əfqanıstan arasında əlaqələr möhkəmlənəcək və genişlənəcək.

V.Şahraninin sözlərinə görə, son illər Əfqanıstan iqtisadiyyatına yatırılan investisiyaların həcmi artır və bu baxımdan bu səfər böyük əhəmiyyət kəsb edir.

Əfqanıstan nümayəndə heyəti ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) də daxil olmaqla Azərbaycanın bir sıra dövlət orqanlarında görüşlər keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti