...

Bakının enerji operatoru elektron xəritə hazırlayır

Energetika Materials 18 Sentyabr 2013 10:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir E.İsmayılov/

"Bakıelektrikşəbəkə" ASC son texnoloji avadanlıqların tətbiqi və müasir texnologiyanın üstünlüklərindən faydalanmaqda davam edir. Belə ki, hal-hazırda istismar şəbəkələrinin elektron xəritəsinin hazırlanma prosesinə start verilib.

Trend-in ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, "Bakıelektrikşəbəkə" ASC-nin balansında olan yüksək, orta və alçaq gərginlikli elektrik şəbəkələrinin bazası əsasında yeni elektron xəritə hazırlanır.

Elektron xəritədə yarımstansiyalar, TM-lər, KTM-lər, kabel və hava xətləri haqda dəqiq məlumatlar və onların mövcud vəziyyəti öz əksini tapacaq. Belə ki, hər bir obyektin gücü, yaranma tarixi, istismara yararlılığı, ölçüsü və sair məlumatlar elektron xəritədə qeyd olunacaq. Şəbəkənin mövcud vəziyyəti barədə elektron formada daha öncədən məlumat əldə edilməsi onlara vaxtaşırı qulluq edilməsi və köhnəlmiş avadanlıqların yenisilə əvəz olunmasına şərait yaradacaqdır.

Bütün bu inventarların vahid xəritədə öz əksini tapması yarana biləcək qəzaların öncədən aradan qaldırılması, veriləcək texniki şərtlər zamanı şəbəkənin vəziyyətinin öyrənilməsi, şəbəkənin müasirləşdirilməsi və beləliklə abonentlərin yüksək keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təchiz olunmalarına xidmət edəcək. Hal-hazırda paytaxtın 6 rayonu elektron xəritəyə qoşulmuş və ilin sonuna kimi layihənin başa çatdırılması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti