...

Natiq Əliyev: Azərbaycanın enerji sisteminin ümumi gücü 7 min meqavatı ötüb

Energetika Materials 22 Fevral 2014 08:30 (UTC +04:00)
2013-cü ildə Azərbaycanın enerji sisteminin ümumi gücü 7 min meqavatı ötüb. Trend-in məlumatına görə, bunu jurnalistlərə energetika naziri Natiq Əliyev Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzv şirkətləri ilə görüşdən əvvəl deyib.
Natiq Əliyev: Azərbaycanın enerji sisteminin ümumi gücü 7 min meqavatı ötüb

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir E.İsmayılov/

2013-cü ildə Azərbaycanın enerji sisteminin ümumi gücü 7 min meqavatı ötüb. Trend-in məlumatına görə, bunu jurnalistlərə energetika naziri Natiq Əliyev Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzv şirkətləri ilə görüşdən əvvəl deyib.

Onun sözlərinə görə, Azərbaycanın enerji sisteminin gücü ölkənin elektrik enerjisinə olan tələbatını 1500 meqavat üstələyir.

N.Əliyev qeyd edib ki, Azərbaycan enerji təhlükəsizliyini tam bərpa edib və ölkənin ümumilikdə regionun enerji təhlükəsizliyinin təminatında rolunun artırılması üçün böyük imkanlar var: "Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsünün, həmçinin Azərbaycan, Rusiya və İranın enerji sistemlərinin paralel işinin yaradılması layihələri çərçivəsində iş aparılır".

Nazir bildirib ki, bu, regionun enerji təhlükəsizliyinin təminatı məsələsində Azərbaycanın rolunu artırmağa imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti