...

Bayram günlərində "Bakıelektrikşəbəkə" gücləndirilmiş iş rejimində çalışacaq

Energetika Materials 14 Mart 2014 09:30 (UTC +04:00)
ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bayram şənliklərinin keçirildiyi ərazilərdə aparılan təmir-tikinti işləri müvəqqəti dayandırılacaq, əlavə maşın-mexanizmlər, avadanlıqlar və əməkdaşlar cəlb ediləcəkdir.
Bayram günlərində "Bakıelektrikşəbəkə" gücləndirilmiş iş rejimində çalışacaq

Azərbaycan, Bakı, 14 mart /Trend/

Novruz bayramı günlərində "Bakıelektrikşəbəkə" ASC əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaqlar.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bayram şənliklərinin keçirildiyi ərazilərdə aparılan təmir-tikinti işləri müvəqqəti dayandırılacaq, əlavə maşın-mexanizmlər, avadanlıqlar və əməkdaşlar cəlb ediləcəkdir.

Elektrik enerjisi təchizatında hər hansı problemin yaşanmaması üçün abonentlər tərəfindən istifadə olunmuş elektrik enerjisi haqlarınını dərhal ödənilməsi xahiş olunur.

Elektrik enerjisindən istifadəyə görə yaranmış debütor borcun ödənilməsi təmin edilmədiyi halda, borclu abonentlərin elektrik enerjisi təchizatı 17 mart 2014-cü il tarixində, saat 12:00-dan etibarən qanunvericliyə uyğun olaraq qeyd-şərtsiz və heç bir güzəşt edilmədən fərdi qaydada dayandırılacaqdır.

Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunmaları üçün "Bakıelektrikşəbəkə" ASC tərəfindən çox ciddi tədbirlər görüləcək.

Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, "Bakıelektrikşəbəkə" ASC-nin ödəmə məntəqələrində, həmçinin internet saytımız (www.bes.az) vasitəsilə"onlayn" olaraq həyata keçirilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti