...

ARDNŞ Supsadan neft ixracını artırıb

Energetika Materials 1 Aprel 2014 17:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2014-cü ilin yanvar-mart aylarında Gürcüstanın Supsa limanından təqribən 807,2 min ton neft ixrac edib. Trend-in ARDNŞ-yə istinadən verdiyi məlumata görə, ötən ilin I rübündə bu rəqəm 799,2 min ton olub.

ARDNŞ mart ayında Supsadan təqribən 242,05 min ton neft ixrac edib. 2013-cü ilin eyni dövründə bu göstərici təqribən 238,3 min ton olub.

ARDNŞ ümumilikdə 2013-cü ildə Supsa limanından təqribən 2,73 milyon ton neft ixrac edib. 2012-ci ildə isə bu göstərici 2,74 milyon tona bərabər olub.

Supsaya neft Bakı-Supsa neft kəməri vasitəsilə çatdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti