...

"SOCAR Petroleum S.A." 4 İSO beynəlxalq sertifikatına layiq görülüb (FOTO)

Energetika Materials 1 May 2014 17:23 (UTC +04:00)
Qeyd edək ki, İSO 9001 bütün dünyada qəbul edilən keyfiyyəti idarəetmə standartı olmaqla, müəssisənin istehsal etdiyi məhsulun və təklif olunan xidmətin keyfiyyətinə təminat verir.
"SOCAR Petroleum S.A." 4 İSO beynəlxalq sertifikatına layiq görülüb (FOTO)

Azərbaycan, Bakı, 1 may /Trend/

"SOCAR Petroleum S.A." daha bir uğura imza atıb.

Trend-in məlumatına görə, Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) tərəfindən hazırlanan, müştərilərin tələblərinə uyğun məhsul istehsal etmək, xidmət göstərmək və reallaşdırmaq üçün mövcud olan əməliyyatların (biznes proseslərin) sistem şəklində və yüksək keyfiyyətlə idarəedilməsinə tələblər müəyyənləşdirən İSO 9001 Keyfiyyəti İdarəetmə Sisteminin nominantları sırasına "SOCAR Petroleum S.A." da qoşulub.

Qeyd edək ki, İSO 9001 bütün dünyada qəbul edilən keyfiyyəti idarəetmə standartı olmaqla, müəssisənin istehsal etdiyi məhsulun və təklif olunan xidmətin keyfiyyətinə təminat verir.

Belə ki, şirkət "Keyfiyyəti İdarəetmə Sistemi" standartı olan İSO 9001:2008 ilə yanaşı "Əməyin və Sağlamlığın Mühafizəsinin İdarəetmə Sistemi" standartı olan İSO 18001:2008, "Ətraf Mühitin Mühafizəsi İdarəetmə Sistemi" standartı olan İSO 14001:2005 və "Qida (Ərzaq) Məhsullarının Təhlükəsizliyi İdarəetmə Sistemi" standartı olan İSO 22000:2005 beynəlxalq sertifikatlarını da alıb.

2013-cü ildə "SOCAR Petroleum S.A." 4 beynəlxalq sertifikatı almaq məqsədilə "SC Racis Management Systems SRL" şirkətini dəvət edib. Qısa müddət ərzində sözügedən şirkət tərəfindən verilən tövsiyələr də nəzərə alınmaqla keyfiyyət idarəetmə sistemləri, əməyin və sağlamlığın mühafizəsinin idarəetmə sistemləri, ətraf mühitin mühafizəsi idarəetmə sistemləri, ərzaq məhsullarının təhlükəsizliyi idarəetmə sistemi üzrə bütün zəruri prosedurlar, qayda və təlimatlar hazırlanaraq onlara riayət edilib.

Nəhayət "SOCAR Petroleum S.A."-ya dəvət olunan şirkətin aparıcı auditorları tərəfindən keçirilən yoxlamaların nəticəsi olaraq qeyd olunan bütün səhalərdə beynəlxalq standartların prinsiplərinə uyğunluq təsdiq olunub.

Sonda akkreditasiya sahəsində tanınan "SC Grup de Certificare Sisteme de Management SRL (GCSM)" şirkəti sertifikatlaşdırmaya dəvət olunub. Auditin nəticəsi olaraq mart ayının 31-də "SOCAR Petroleum S.A."-ya 3 il müddətinə 4 beynəlxalq dərəcəli sertifikatın verilməsinə dair qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti