...

Türkiyə ərazisi ilə BTC üzrə neftin nəqli artıb

Energetika Materials 5 Avqust 2014 13:19 (UTC +04:00)
2014-cü ilin I yarısında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri üzrə 133,17 milyon barel neft nəql edilib.
Türkiyə ərazisi ilə BTC üzrə neftin nəqli artıb

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir Emil İsmayılov/

2014-cü ilin I yarısında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri üzrə 133,17 milyon barel neft nəql edilib. 2013-cü ilin eyni dövründə bu göstərici 126,56 milyon barelə yaxın təşkil edib. Bu barədə Trend Türkiyənin BOTAŞ dövlət boru kəməri şirkətinə istinadən məlumat verir.

2013-cü ildə ümumilikdə Türkiyə ərazisi ilə BTC üzrə təqribən 249,62 milyon barel neft nəql edilib. 2012-ci ildə bu rəqəm 250,34 milyon barel təşkil edib.

2014-cü ilin yanvar-iyun aylarında Türkiyə ərazisi ilə İraq-Türkiyə boru kəməri üzrə təqribən 15 milyon barel neft nəql olunub. Ötən ilin eyni dövründə bu göstərici 48,29 milyon barel olub.

2013-cü ildə bu boru kəməri üzrə 91,88 milyon barel neft nəql edilib. 2012-ci ildə bu göstərici 145,63 milyon barel təşkil edib.

2014-cü ilin yanvar-iyun aylarında Türkiyə ərazisi ilə Ceyhan-Qırıqqala boru kəməri üzrə 11,69 milyon barel neft nəql olunub. Ötən ilin eyni dövründə bu göstərici 10,28 milyon barel olub.

2013-cü ildə bu boru kəməri üzrə 23,74 milyon barel neft nəql edilib. 2012-ci ildə bu göstərici 21,96 milyon barelə bərabər olub.

2014-cü ilin yanvar-iyun aylarında Batman-Dördyol boru kəməri üzrə təqribən 6,33 milyon barel neft nəql olunub. Ötən ilin eyni dövründə bu rəqəm təqribən 5,8 milyon barel təşkil edib.

Ötən il Batman-Dördyol boru kəməri üzrə 11,57 milyon barel neft nəql olunub. 2012-ci ildə bu göstərici 11,25 milyon barel olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti