...

Azərbaycan neftinin qiymətləri: 1-5 sentyabr həftəsinin yekunları

Energetika Materials 6 Sentyabr 2014 13:34 (UTC +04:00)
Ötən həftə - 1-5 sentyabr tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 102,31 dollar/barel olub ki, bu da əvvəlki həftənin göstəricisindən 0,96 dollar/barel azdır.
Azərbaycan neftinin qiymətləri: 1-5 sentyabr həftəsinin yekunları

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir Emil İsmayılov/

Ötən həftə - 1-5 sentyabr tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 102,31 dollar/barel olub ki, bu da əvvəlki həftənin göstəricisindən 0,96 dollar/barel azdır.

Trend-in məlumatına görə, 1-5 sentyabr həftəsində AZERI LT-nin qiyməti maksimum 103,15, minimum isə 101,17 dollar/barel təşkil edib.

1-5 sentyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 99,06 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 1,04 dollar/barel azdır.

Ötən həftə URALS-ın qiyməti maksimum 100,02, minimum isə 97,83 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

1-5 sentyabr həftəsində "Brent Dated" növünün orta qiyməti 100,66 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən təqribən 0,19 dollar/barel azdır.

Ötən həftə "Brent"in maksimum qiyməti 101,43 dollar, minimum isə 99,61 dollar/barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti