...

ARDNŞ DESFA-da payın alınması üzrə sazişin bağlanacağı tarixi açıqlayıb

Energetika Materials 10 Sentyabr 2014 17:50 (UTC +04:00)
Bu ayın sonuna kimi ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Yunanıstanın qaz operatoru DESFA-nın payını alması üzrə sazişin bağlanması gözlənilir.
ARDNŞ DESFA-da payın alınması üzrə sazişin bağlanacağı tarixi açıqlayıb

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir Emil İsmayılov/

Bu ayın sonuna kimi ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Yunanıstanın qaz operatoru DESFA-nın payını alması üzrə sazişin bağlanması gözlənilir. Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı jurnalistlərə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda saziş Aİ-nin müvafiq strukturları tərəfindən təsdiqlənmə prosedurundan keçir: "Proses gedir və bu ayın sonunda başa çatacaq".

Ötən ilin sonunda ARDNŞ Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund - HRADF) və "Petroleum" şirkəti ilə DESFA şirkətinin (Yunanıstanın milli qazpaylayıcı şəbəkəsinin operatoru) səhmlərinin 66 faizinin alınmasına dair saziş imzalayıb.

Bundan əvvəl HRADF-nin elan etdiyi beynəlxalq tenderin yekunlarına görə, tərəflər səhmlərin alqı-satqısı və səhmdarlar haqqında sazişlər imzalayıblar.

İmzalanmış sənədlər onların Avropa Komissiyasının Energetika və Antiinhisar siyasəti məsələləri üzrə baş müdiriyyətləri tərəfindən imzalanmasından sonra qüvvəyə minəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti