...

Azərbaycan Qazaxıstana benzin ixrac etməyə hazırdır

Energetika Materials 5 Noyabr 2014 13:32 (UTC +04:00)
Qazaxıstanın “KazMunayQaz” milli şirkəti Azərbaycana benzin alınması ilə bağlı müraciət etməyib. Trend xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbəri Rövnəq Abdullayev bildirib.
Azərbaycan Qazaxıstana benzin ixrac etməyə hazırdır

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir Emil İsmayılov/

Qazaxıstanın "KazMunayQaz" milli şirkəti Azərbaycana benzin alınması ilə bağlı müraciət etməyib. Trend xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbəri Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda ölkədən benzin ixrac olunmur və istehsal tamamilə daxili tələbatın təminatına yönəldilib, lakin Qazaxıstana gəldikdə söhbət kiçik həcmlərdən gedir: "Əgər onlar bazara uyğun yaxşı qiymət təklif etsələr, biz həcmlər tapa və ixracı təmin edə bilərik. Bu, kiçik həcmlərdir, bazar qiymətinə tədarük edə biləcəyimiz cəmi 5-10 min tondur".

Bir müddət əvvəl Qazaxıstanın Energetika Nazirliyi bəyan etmişdi ki, ölkə Azərbaycandan yanacaq tədarük etmək üçün "Lanturno Management S.A." beynəlxalq şirkəti ilə müqavilə imzalayıb. Lakin kontragent [ixracı təmin edən şirkət] Azərbaycanın neft məhsullarının Qazaxıstana razılaşdırılmış həcmdə tədarükünə hazır olduğunu təsdiq etməyib və bununla əlaqədar ixrac həyata keçirilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti