Taner Yıldız Azərbaycana minnətdarlığını bildirdi

Energetika Xəbər 20 Noyabr 2014 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Transanadolu qaz kəməri (TANAP) layihəsi Avropa ölkələrinin, həmçinin Türkiyənin enerji təhlükəsizliyinin təmin edilməsi üzrə ciddi addım olacaq. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız deyib.

Onun sözlərinə görə, hazırda qlobal xarakter daşıyan layihələr mövcuddur və TANAP onlardan biridir: "TANAP layihəsi enerji təhlükəsizliyi probleminin həllində ciddi addım olacaq".

Nazir, həmçinin bu layihənin reallaşdırılması imkanı üçün Azərbaycana minnətdarlığını bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti