...

Türkiyə qaz idxalını artırır

Energetika Materials 1 Dekabr 2014 20:16 (UTC +04:00)
Türkiyənin Dövlət Boru Kəməri Şirkəti BOTAŞ 2014-cü ilin yanvar-oktyabrında müxtəlif mənbələrdən 31,73 milyard kubmetr qaz idxal edib.

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir Emil İsmayılov/

Türkiyənin Dövlət Boru Kəməri Şirkəti BOTAŞ 2014-cü ilin yanvar-oktyabr aylarında müxtəlif mənbələrdən 31,73 milyard kubmetr qaz idxal edib. 2013-cü ilin analoji dövründə bu rəqəm 30,89 milyard kubmetr təşkil edib.

Türkiyənin Azərbaycandan idxal etdiyi qaz Cənubi Qafqaz qaz kəməri (Bakı-Tbilisi-Ərzurum) ilə tədarük edilir.

Trend-in BOTAŞ-ın saytına istinadən verdiyi məlumata görə, şirkət ümumilikdə 2013-cü ildə müxtəlif mənbələrdən 38,42 milyard kubmetr qaz idxal edib. Bu rəqəm 2012-ci ildə 43,09 milyard kubmetr olub.

Bundan başqa, yanvar-oktyabr aylarında 554 milyon kubmetr qaz BOTAŞ-ın ixrac əməliyyatlarının payına düşüb. Ötən ilin eyni dövründə bu göstərici 562 milyon kubmetr qaz olub. 2013-cü ildə şirkətin ixrac əməliyyatlarının payı 694 milyon kubmetr qaz təşkil edib. 2012-ci ildə isə bu göstərici 622 milyon kubmetrə bərabər olub.

Hesabat dövründə Türkiyənin daxili bazarında 32,42 milyard kubmetr qaz reallaşdırılıb. 2013-cü ilin müvafiq dövründə isə bu rəqəm təqribən 30 milyard kubmetr təşkil edib.

Ötən ilin yekunları üzrə bu göstərici 37,96 milyard kubmetrdən çox olub. 2012-ci ildə bu rəqəm təqribən 41,44 milyard kubmetr təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti