...

ARDNŞ Supsadan ixracı 9 faiz artırıb

Energetika Materials 1 Dekabr 2014 20:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir Emil İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2014-cü ilin yanvar-noyabr aylarında Gürcüstanın Supsa limanından 2,7 milyon ton neft ixrac edib. 2013-cü ilin eyni dövründə bu rəqəm 2,48 milyon ton olub.

Trend-in ARDNŞ-yə istinadən verdiyi məlumata görə, Dövlət Neft Şirkəti noyabrda Supsadan 169,38 min ton neft ixrac edib. 2013-cü ilin müvafiq dövründə isə bu rəqəm 161,5 min tona bərabər olub.

ARDNŞ ötən il ümumilikdə Supsa limanından təqribən 2,73 milyon ton neft ixrac edib. 2012-ci ildə isə ixracatın həcmi 2,74 milyon ton idi.

Qeyd edək ki, neft Supsa limanına Bakı-Supsa neft kəməri ilə tədarük edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti