...

Natiq Əliyev Mərkəzi Asiya ölkələrinə məsləhət verdi: "Yaxşı olardı ki..."

Energetika Materials 29 Aprel 2015 15:56 (UTC +04:00)
"Mərkəzi Asiya ölkələri üçün daha yaxşı olardı ki, onlar neft-qaz resurslarının ixracı məsələsində özlərini Avropa bazarlarına açsınlar. Bunun üçün enerji siyasətində şaxələndirmə aparsalar, onlar üçün çox yaxşı olar".
Natiq Əliyev Mərkəzi Asiya ölkələrinə məsləhət verdi: "Yaxşı olardı ki..."

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir İlkin İzzət/

"Mərkəzi Asiya ölkələri üçün daha yaxşı olardı ki, onlar neft-qaz resurslarının ixracı məsələsində özlərini Avropa bazarlarına açsınlar. Bunun üçün enerji siyasətində şaxələndirmə aparsalar, onlar üçün çox yaxşı olar".

Trend xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev bu gün III Qlobal Bakı Forumunda enerji təhlükəsizliyinə həsr edilmiş paneldə Azərbaycanın neft-qaz resurslarının Mərkəzi Asiyaya nəql edilməsi ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib.

O, həmçinin qeyd edib ki, Azərbaycanın neft-qaz resursları üçün ən yaxşı bazar Qərb istiqamətidir: "Bu, Azərbaycan üçün ən məqbul istiqamətdir. Bizim enerji resurslarımız elə ölkələrdən keçir ki, onlar bizim üçün rəqib deyilər. Çünki onların özlərinin neft-qaz resursları yoxdur. Avropa bazarı kifayət qədər cəlbedicidir. Ona görə də neçə ildir danışıqlar aparırıq ki, Mərkəzi Asiyanın qaz ehtiyatlarını Avropaya nəql edə bilək. Çünki bilirsiniz ki, Rusiya və Qətərlə yanaşı, Türkmənistan da dünyanın ən böyük qaz resurslarına malikdir".

Nazir bildirib ki, türkmən qazının Avropaya çatdırılması məsələsi sabah Aşqabadda keçiriləcək çoxtərəfli görüşdə də müzakirə ediləcək: "Avropa da bu məsələdə çox maraqlıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti