...

SOCAR “Azəri-Çıraq-Günəşli” yatağından hasil edilən gəlirli neftin həcmini açıqlayıb (ƏLAVƏ OLUNUB)

Energetika Materials 4 İyun 2015 09:46 (UTC +04:00)
1997-ci il noyabr ayından bu günə kimi “Azəri-Çıraq-Günəşli” neft-qaz yatağından 368 milyon ton neft hasil olunub ki, onun 200 milyon tonu gəlirli neftdir.
SOCAR “Azəri-Çıraq-Günəşli” yatağından hasil edilən gəlirli neftin həcmini açıqlayıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir Maksim Tsurkov/

1997-ci il noyabr ayından bu günə kimi "Azəri-Çıraq-Günəşli" neft-qaz yatağından 368 milyon ton neft hasil olunub ki, onun 200 milyon tonu gəlirli neftdir.

Trend-in məlumatına əsasən, bunu SOCAR-ın (Azərbayan Dövlət Neft Şirkəti) Birinci Vitse-Pezidenti Xoşbəxt Yusifzadə 22-ci Beynəlxalq "Caspian Oil & Gas 2015" konfransında çıxışında deyib.

Onun sözlərinə görə, analoji dövrdə ""Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən səmt qazının həcmi 109 milyard kubmetr, gündəlik hasilat 90 min ton neft və 34 milyon kubmetr qaz təşkil edib.

X.Yusifzadə həmçinin bildirib ki, Azərbaycanın ixrac etdiyi 373 milyon ton neftin 271 milyon ton nefti "Bakı-Tbilisi-Ceyhan" boru kəmərinin payına düşüb.

O qeyd edib ki, "Şahdəniz" qaz yatağının istismara başlamasından 62 milyard kubmetr qaz və 16 milyon ton kondensat hasil edilib: "Bu gün Azərbaycan qazının Türkiyəyə ixrac edilən ümumi həcmi 34 milyard kubmetr, Gürcüstana ixrac edilən ümumi həcmi isə 4,6 milyard kubmetr təşkil edir".

Birinci Vitse-Prezident bildirib ki, hazırda Azərbaycanda təsdiqlənmiş ümumi ehtiyatların həcmi təqribən 2 milyard ton neft və 2,6 trilyon kubmetr qaz, proqnozlaşdırılan isə 6 milyard kubmetr qaz və 4 milyard ton neft təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti