...

Heydər Əliyev adına NEZ-in 4 qurğusunda təmir işləri aparılır

Energetika Materials 9 İyun 2015 18:45 (UTC +04:00)
Heydər Əliyev adına Neft Emalı Zavodunun dörd qurğusunda təmir işləri aparılır.
Heydər Əliyev adına NEZ-in 4 qurğusunda təmir işləri aparılır

Azərbaycan, Bakı, 9 iyun /Trend/

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda paralel olaraq dörd qurğuda təmir işlərinə başlanılıb.

Trend Dövlət Neft Şirkətinin saytına istinadən məlumat verir ki, zavodun neftin ilkin emalı, katalitik krekinq, tədrici kokslaşdırma və katalitik riforminq qurğularında həyata keçiriləcək təmir işlərinin siyahısı tutulub və onların yerinə yetirilməsi üçün texniki-təşkilati, təchizat və nəqliyyat məsələləri müəyyən edilib. Qüsurlar cədvəli tərtib olunub, müvafiq layihə tapşırıqlarına uyğun olaraq işlərə başlanılıb.

Təmir dövründə zavodun texniki nəzarət şöbəsinin işçiləri tərəfindən texnoloji qurğuların texniki vəziyyəti tam surətdə yoxlanılacaq, qüsurlar cədvəlinə əsasən qurğularda mexaniki, elektrik və metroloji işlər yerinə yetiriləcək. Təmir işləri aparılan müddətdə təhlükəsizlik və ekoloji qaydalara nəzarət gücləndiriləcək, görüləcək işlərdə risklər əvvəlcədən müəyyənləşdiriləcək.

Təmirə hazırlığın yüksək səviyyədə təşkil olunması əsas verir ki, zavodun təmir briqadalarının qüvvəsindən istifadə etməklə işlər vaxtında və keyfiyyətlə icra edilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti