...

Sabirabadın kəndlərinə təbii qaz verilib

Energetika Materials 24 İyun 2015 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Bu gün Sabirabadın Kovlar və Qəzli kəndlərinə təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, açılış mərasimlərində rayon İcra Hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, kənd sakinləri iştirak ediblər. Bildirilib ki, 472 abonenti olan Kovlar kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında uzunluğu 35 363 metr olan daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 472 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Qəzli kəndinin 646 abonentinin qazlaşdırılması üçün də birpilləli sistem əsasında uzunluğu 2874 metr olan müxtəlif diametrli polietilen və uzunluğu 47 522 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 646 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirlərdə çıxış edən ictimaiyyət nümayəndələri Kovlar və Qəzli kəndlərinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti