...

"Azərenerji" Türkiyə bazarına çıxır

Energetika Materials 11 İyul 2015 21:00 (UTC +04:00)
"Azərenerji" ASC Türkiyə ərazisində elektrik enerjisinin satışı məqsədilə lisenziya almaq üçün bu ölkənin Enerji Bazarının Tənzimlənməsi üzrə İdarəsinə müraciət edib.
"Azərenerji" Türkiyə bazarına çıxır

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir Maksim Tsurkov/

"Azərenerji" ASC Türkiyə ərazisində elektrik enerjisinin satışı məqsədilə lisenziya almaq üçün bu ölkənin Enerji Bazarının Tənzimlənməsi üzrə İdarəsinə müraciət edib. Bunu Trend-ə Azərbaycanın enerji bazarındakı mənbə deyib.

Onun sözlərinə görə, ASC xüsusi lisenziya aldıqdan sonra Türkiyədə elektrik enerjisinin topdan ticarəti ilə məşğul olacaq: "Lisenziyanın sentyabrın sonunadək əldə edilməsi gözlənilir".

Mənbə qeyd edib ki, elektrik enerjisinin ixracı "Azərbaycan-Gürcüstan-Türkiyə" enerji körpüsü vasitəsilə həyata keçiriləcək. Bununla belə, o, ixrac edilməsi nəzərdə tutulan elektrik enerjisinin həcmini dəqiqləşdirməyib.

Bu layihədə Gürcüstan tranzit ölkə qismində çıxış edəcək və elektrik enrjisinin ixracı ilə məşğul olacaq. Azərbaycan isə ilk növbədə Naxçıvan Muxtar Respublikasına tədarük edilən elektrik enerjisinə görə, Türkiyə qarşısında borcunu ödəyə və sonra Avropa bazarına çıxa biləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti