Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyənin neft-qaz şirkəti (TPAO) Türkmənistanın Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TƏPH) qaz kəməri layihəsi ilə bağlı təklifini nəzərdən keçirir.
Bu barədə Trend-ə eksklüziv müsahibəsində TPAO-dan bildirilib.
Şirkətdən məlumat verilib ki, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun Türkiyə şirkətlərini TƏPH-in reallaşdırılmasında iştirak etmək üçün dəvəti cəlbedici təklifdir: "Hazırda Türkmənistanın təklifi nəzərdən keçirilir".