...

Suduroba da qaz gördü

Energetika Materials 10 Sentyabr 2015 15:26 (UTC +04:00)
Qusar rayonunun Suduroba kəndinə ilk dəfə təbii qaz verilmişdir
Suduroba da qaz gördü

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Bu gün Qusar rayonunun Suduroba kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 68 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 4270 metr uzunluğunda müxtəlif diametrli polietilen və 5801 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 68 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti