...

BTC kəməri ilə nəql olunan Azərbaycan neftinin mart üzrə həcmi açıqlandı

Energetika Materials 7 Aprel 2016 11:35 (UTC +04:00)

Bakı. Trend:

2016-cı ilin mart ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 623 min 733 ton Azərbaycan nefti nəql olunub. Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, cari ilin yanvar-mart aylarında bu kəmərlə 7 milyon 313 min 312 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il aprel ayının 1-ə qədər BTC-yə 299 milyon 988 min 701 ton neft vurulub.

Bundan başqa, 2016-cı ilin mart ayında BTC kəməri ilə 440 min 162 ton Türkmənistan nefti nəql olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti