...

Ləkə ilk dəfə qaz verildi

Energetika Materials 24 Avqust 2016 18:58 (UTC +04:00)
Hacallı, Lənbəran, Otuzikilər, Mollalı və Mustafaağalı kəndlərində tikinti-quraşdırma işləri davam etdirilir.
Ləkə ilk dəfə qaz verildi

Bakı. Trend:

Avqustun 24-də Bərdə rayonunun Lək kəndinə ilk dəfə təbii qaz verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 485 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 18 kilometrdən artıq müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Qeyd olunub ki, hazırda rayonun Hacallı, Lənbəran, Otuzikilər, Mollalı və Mustafaağalı kəndlərində tikinti-quraşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda həmin kəndlərə təbii qazın verilişi təmin ediləcək.

Çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri kəndə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti