...

“Neft Daşları”nda yeni quyu qazılır

Energetika Materials 10 Fevral 2017 17:03 (UTC +04:00)
“Neft Daşları” yatağında yeni quyu qazılır
“Neft Daşları”nda yeni quyu qazılır

Bakı. Trend:

“Neft Daşları” yatağındakı 1637A nömrəli meydançadan 2650 nömrəli quyuda qazma işlərinə başlanılıb.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki,“Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1300 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti