...

Kapital Bank bankomatlarına yeni funksiya əlavə olunub

Energetika Materials 13 Fevral 2017 11:28 (UTC +04:00)

Bakı. Trend:

Kapital Bank öz şəbəkəsinə daxil olan bankomatlara yeni funksiya əlavə edib. Bankdan Trend-ə verilən məlumata görə, artıq istənilən bankın ödəmə kartının sahibləri Kapital Bank bankomatları vasitəsilə hesablarına vəsait mədaxil edə bilərlər. Bu zaman komissiya 1% təşkil edəcək. Kapital Bank-ın ödəniş kartlarının tarifləri üzrə ətraflı məlumat - https://kapitalbank.az/useruploads/terms/tarifler_kartlar.pdf .

Hazırda dövriyyədə Kapital Bankın 3 milyona yaxın ödəniş kartı vardır. Prossesinq mərkəzinin inkişafı, həftənin bütün günləri fasiləsiz işləməsi, sabit fəaliyyət göstərməsi milyonlarla müştəriyə xidmət göstərməsində müsbət amil hesab olunur. Kapital Bankın ölkə üzrə 600-dək bankomatı, 9000-dək POS terminalı var.

Qeyd edək ki, Kapital Bank MasterCard International və Visa International beynəlxalq ödəniş sistemlərinin üzvüdür. Ödəniş kartlarını Kapital Bank filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. Kapital Bank Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 4 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti