...

"BSC"nin növbəti təlim-təcrübə proqramı uğurla başa çatıb (FOTO)

Energetika Materials 28 Mart 2017 10:26 (UTC +04:00)
BSC Consulting & Outsourcing şirkəti təlimləri uğurla davam etdirir.
"BSC"nin növbəti təlim-təcrübə proqramı uğurla başa çatıb (FOTO)

Bakı. Trend:

BSC Consulting & Outsourcing şirkəti təlimləri uğurla davam etdirir.

İnsan Resursları üzrə departamentin əsas istiqamətlərindən biri də kadr kargüzarlığının əmək qanunvericiliyinin tələblərinə əsasən aparılmasıdır. “Əmək Qanunvericiliyi” sahəsində az təcrübəsi olan İnsan Resursları üzrə mütəxəssislərdən başqa bəzən hüquqşünaslar da bu sahədə boşluqların çox olmasından yaranan problemlərin həllində çətinlik çəkir. Buna görə də yarana biləcək risklərin qarşısını öncədən alınması üçün əmək qanunvericiliyini mükəmməl bilməniz mütləqdir.

Bu səbəbdən BSC Consulting & Outsourcing şirkətində İnsan Resurslarının departamentinin təşəbbüsü ilə “Əmək Qanunvericiliyi” üzrə təlim baş tutub. Şirkətdən Trend-ə verilən məlumata görə, 4 saatlıq davam edən təlimdə - Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi sistemi, Əmək müqaviləsinə dəyişikliklərin edilməsi, Əmək müqaviləsi mövzularına toxunulub.

Nəzərinizə çatdıraq ki, BSC Consulting & Outsourcing şirkəti növbəti İnsan Resursları İdarə Olunmasına dair “ONSET” təlim-təcrübə proqramına qeydiyyat davam edir.

Təlim-təcrübə proqramı üçün ətraflı məlumat üçün: bsc.az saytından və www.facebook.com/bsc.az ünvanından əldə edə bilərsiniz.

Məlumat və qeydiyyat üçün +994 (50) 263 93 72 və ya hr@bsc-group əlaqə vasitələrindən istifadə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti