...

SOFAZ rəhbəri: Bu il Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsi ilə bağlı problem olmayacaq

Energetika Materials 18 Aprel 2017 16:17 (UTC +04:00)
Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsi ilə bağlı bu il heç bir problem olmayacaq.
SOFAZ rəhbəri: Bu il Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsi ilə bağlı problem olmayacaq

Trend-i buradan izləyin

Bakı. Maksim Tsurkov - Trend:

Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsi ilə bağlı bu il heç bir problem olmayacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Fondunun rəhbəri Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, bu ilin birinci rübündə fond tərəfindən Cənub Qaz Dəhlizi üçün vəsait ayrılmayıb: “Amma illik büdcədə bu maddə var və vəsaitlər nəzərdə tutulub. Əminliklə deyə bilərəm ki, bu layihənin maliyyələşdirilməsi üçün vəsaitlər QSC-nin sərəncamındadır, ona görə bu il maliyyələşdirmə ilə əlaqədar problem olmamalıdır. Bundan başqa, Cənub Qaz Dəhlizinin növbəti iki il üçün maliyyələşdirilməsi ilə bağlı danışıqlar aparılır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti