...

SOCAR-ın Tədris Mərkəzində müasir avtomatik idarəetmə sistemləri üzrə təlim otağının açılışı olub (FOTO)

Energetika Materials 14 İyun 2017 16:09 (UTC +04:00)
SOCAR-ın Tədris Mərkəzində müasir avtomatik idarəetmə sistemləri üzrə təlim otağının açılışı olub
SOCAR-ın Tədris Mərkəzində müasir avtomatik idarəetmə sistemləri üzrə təlim otağının açılışı olub (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) Sumqayıt Təlim-Tədris Mərkəzində müasir texnologiyalarına görə dünyada tanınmış olan “Yokogawa Electric Corporation” şirkətinin (Yokogawa Electric CIS Ltd - MDB ölkələri üzrə baş ofisi) dəstəyi ilə müasir avtomatik idarəetmə sistemləri üzrə təlim otağının açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, TTSİ-nin rəisi Fuad Süleymanov, Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin birinci katibi Usui, "Yokogawa" şirkətinin Rusiya nümayəndəliyinin baş direktoru Vladimir Saveliyevin rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə iştirak ediblər.

Bildirilib ki, müvafiq avadanlıqlarla təchiz olunan otaq avtomatik idarəetmə sistemləri üzrə təlimlərinin aparılması, proqram təminatı, həmçinin CENTUM və "ProSafe" sistemləri üzrə təlimlərin keçirilməsi üçün nəzərdə tutulub. Təlimlərdə “Azərikimya” İB-nin Etilen-Polietilen zavodunun bu sistemin 2013-cü ildən bəri tətbiq olunduğu Buxar Generator Kompleksində, modernləşdirmə işləri çərçivəsində "Yokogawa" şirkəti tərəfindən “EP-300” qurğusunda quraşdırılacaq idarəetmə sistemlərində, həmçinin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Bitum qurğusunda, “SOCAR-Polymer” MMC-nin Polipropilen və Yüksək Sıxlıqlı Polietilen qurğularında çalışacaq mühəndislər və operatorlar iştirak edəcəklər. Bu təlim otağının yaradılmasında əsas məqsəd Azərbaycanda avtomatika və nəzarət ölçü cihazları sahəsində ən son texnologiyaların tətbiqinə nail olmaq və yerli mütəxəssislərin bu sahə üzrə biliklərini gücləndirməkdir.

Sonda yaradılmış şəraitə və ödənişsiz əsaslarla keçiriləcək təlimlərə görə “Yokogawa Electric Corporation” şirkətinə minnətdarlıq bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti