...

İyul ayında BTC ilə 2,4 milyon ton neft nəql olunub

Energetika Materials 2 Avqust 2017 17:19 (UTC +04:00)
Bu ilin iyul ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 403 min 234 ton neft nəql olunub.
İyul ayında BTC ilə 2,4 milyon ton neft nəql olunub

Bakı. Trend:

Bu ilin iyul ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 403 min 234 ton neft nəql olunub.

SOCAR-dan Trend-ə verilən məlumata görə, bu ilin yanvar-iyul aylarında bu kəmərlə 15 milyon 577 min 521 ton neft ötürülüb.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il avqust ayının 1-ə qədər BTC-yə 337 milyon 115 min 583 ton neft vurulub.

Bundan başqa, 2017-ci ilin iyul ayında BTC kəməri ilə 486 min 269 ton Türkmənistan nefti nəql olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti