...

Bakı-Tbilisi-Ceyhan üzrə əsaslı xərclər 2,6 dəfə azalıb

Energetika Materials 17 Avqust 2017 20:04 (UTC +04:00)
Birinci yarımil ərzində isə BTC vasitəsilə təqribən 17 milyon ton (125 milyon barel) xam neft ixrac olunub.
Bakı-Tbilisi-Ceyhan üzrə əsaslı xərclər 2,6 dəfə azalıb

Bakı. Trend:

2017-ci ilin birinci yarısında Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə təqribən 64 milyon dollar, əsaslı xərclərə isə 10 milyon dollar (ötən ilin analoji dövründə 26 milyon dollar) xərclənib.

Trend-in məlumatına görə, bu barədə "BP Azərbaycan"ın ilin 6 ayının yekunları üzrə hesabatında deyilir.

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2017-ci il iyun ayının sonunadək bu boru kəməri vasitəsilə ümümilikdə 365 milyon ton (təxminən 2,74 milyard barel) xam neft nəql edilib və Ceyhanda 3584 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Birinci yarımil ərzində isə BTC vasitəsilə təqribən 17 milyon ton (125 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 159 tankerə yüklənib.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), CIECO (2,50%) və ONGC (BTC) Limited (2,36%)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti