...

Prezident Administrasiyası: TANAP-ın açılışı Türkiyə, Azərbaycan və Avropa tarixində əhəmiyyətli hadisədir

Energetika Materials 12 İyun 2018 09:48 (UTC +04:00)
Transanadolu boru kəmərinin (TANAP) açılışı Türkiyə, Azərbaycan, həmçinin Avropa tarixində əhəmiyyətli hadisədir.
Prezident Administrasiyası: TANAP-ın açılışı Türkiyə, Azərbaycan və Avropa tarixində əhəmiyyətli hadisədir

Trend-i buradan izləyin

Bakıı. Rufiz Hafizoğlu - Trend:

Transanadolu boru kəmərinin (TANAP) açılışı Türkiyə, Azərbaycan, həmçinin Avropa tarixində əhəmiyyətli hadisədir.

Bu barədə Trend-ə Türkiyə Prezidenti Administrasiyasından bu gün Türkiyənin Əskişəhər şəhərində baş tutacaq TANAP qaz kəmərinin açılışını şərh edərkən bildiriblər.

Qeyd olunub ki, Azərbaycan öz enerji potensialından, Türkiyə isə nəql üçün imkanlarından istifadə edərək regionun enerji xəritəsini dəyişə bildilər.

Bundan əvvəl Administrasiyadan demişdilər ki, Azərbaycanla birgə həyata keçirilən bütün layihələr çox uğurludur və nəinki iki ölkənin, eləcə də bütün regionun inkişafına istiqamətlənib.

Xatırladaq ki, mayın 29-da Bakıda "Cənub Qaz Dəhlizi" layihəsinin təntənəli açılış mərasimi keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti