...

Şimali Makedoniya Azərbaycan qazını nəql etmək üçün daha bir boru kəməri inşa edəcək

Energetika Materials 30 Dekabr 2019 08:00 (UTC +04:00)
Şimali Makedoniya Azərbaycan qazına çıxış əldə etmək üçün Bolqarıstanla qaz kəməri çəkmək niyyətindədir
Şimali Makedoniya Azərbaycan qazını nəql etmək üçün daha bir boru kəməri inşa edəcək

Bakı. Ləman Zeynalova - Trend:

Şimali Makedoniya Azərbaycan qazına çıxış əldə etmək üçün Bolqarıstanla qaz kəməri çəkmək niyyətindədir.

Trend-in "Central European Financial Observer"ə istinadən verdiyi məlumata görə, Şimali Makedoniya və Bolqarıstan ticarət və sənaye palatalarının nümayəndələri Makedoniyanın şərqindəki Strumitsa şəhərini qonşu Bolqarıstanın Petriç şəhəri ilə birləşdirən qaz kəmərinin çəkilməsi təşəbbüsü ilə çıxış ediblər.

Təşəbbüs Şimali Makedoniyanın Baş naziri Zoran Zayev və bolqar həmkarı Boyko Borisova təqdim edilib. Layihəni hazırlayacaq və həyata keçirmək üçün vəsait cəlb edəcək ortaq bir müəssisə yaradılması planlaşdırılır. Layihə 20-25 milyon avro dəyərində qiymətləndirilir və başa çatdırılması üçün 3 ay tələb olunacaq.

Z.Zayev qeyd edib ki, Strumitsa və Petriç arasında Bolqarıstandan Şimali Makedoniyaya qaz kəməri şəbəkəsi artıq mövcüddür.

O, ikinci kəmərin iki ölkə arasındakı ümumi enerji əlaqələrini yaxşılaşdıracağını və hər iki ölkənin Azərbaycan qazının Avropaya nəqlini təmin edən Trans-Adriatik boru kəmərinə (TAP) çıxışını yaxşılaşdıracağını bildirib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsini TAP boru kəməri təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaq. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti