...

TAP Avropada rəqabətqabiliyyətli qaz bazarının formalaşmasını təmin edəcək - Norveç şirkəti

Energetika Materials 14 Oktyabr 2020 10:18 (UTC +04:00)

Bakı. Trend:

Trans-Adriatik boru kəməri (TAP) Avropada rəqabətqabiliyyətli qaz bazarının formalaşmasını təmin edəcək.

Bunu Trend-ə Norveçin “Rystad Energy” tədqiqat və konsaltinq şirkətinin baş analitiki Svapnil Babele deyib.

O bildirib ki, TAP Avropanın enerji təhlükəsizliyində vacib rol oynayacaq: “Bu, Cənubi Avropa ölkələrini etibarlı və stabil qaz tədarükü ilə təmin edəcək. Avropaya daxil olan əlavə qaz bazarını rəqabətqabiliyyətli edəcək”.

Analitikin sözlərinə görə, TAP boru kəməri qazı İtaliyadan Cənub-Şərqi Avropa ölkələrinə yönəltməyə imkan verəcək və bu, İtaliyanı həmin ölkələr üçün regional qaz qovşağına çevirəcək: “TAP vasitəsilə nəql olunan Azərbaycan qazı nəinki İtaliyaya qaz tədarükü mənbələrini şaxələndirəcək, həm də İtaliyaya digər tədarükçülərə daha sərfəli qaz qiymətləri üçün nüfuz etməyə imkan verəcək”.

Qeyd edək ki, TAP boru kəməri Cənub Qaz Dəhlizinin Avropa hissəsini təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaq. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti