Bakı. Trend:
2021-ci ilin yanvarın 1-dən Bolqarıstan Azərbaycandan qaz almağa başlayacaq.
Trend-in məlumatına görə, bunu ölkənin baş naziri Boyko Borisov deyib.
Nazir bildirib ki, beləliklə Bolqarıstan enerji tədarük mənbələrinin tam şaxələndirilməsinə nail olacaq.
O əlavə edib ki, Yunanıstan-Bolqarıstan interkonnektorunun tikintisi tam sürətlə davam edir:
"Bu interkonnektorla Bolqarıstan Aleksandrupolis mayeləşdirilmiş qaz terminalından ABŞ, Qətər, Əlcəzair, İsrail, Misir və Azərbaycandan qaz əldə edəcək. Layihə bütün bolqarlar və qonşulara faydalı olacaq".