...

Azərbaycandan Türkiyəyə təbii qaz ixracı azalıb

Energetika Materials 29 Noyabr 2020 09:37 (UTC +04:00)
Azərbaycandan Türkiyəyə təbii qaz ixracı azalıb

Bakı. Ləman Zeynalova - Trend:

2020-ci ilin sentyabrında Azərbaycandan Türkiyəyə təbii qaz ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 8 faiz azalıb.

Trend bu barədə Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinə istinadən məlumat verir.

Hesabat dövründə Rusiyadan Türkiyəyə qaz ixracı 1,85 milyard, Azərbaycandan 753 milyon, İrandan 514 milyon kubmetr təşkil edib.

Sentyabrda Rusiyadan Türkiyəyə qaz ixracı 85 faiz artıb, Azərbaycan və İrandan isə müvafiq olaraq 8 və 20,5 faiz azalıb.

2020-ci ilin sentyabrında Türkiyə 3,12 milyard kubmetr təbii qazı boru kəmərləri ilə idxal edib, 599 milyon kubmetr qaz mayeləşdirilmiş təbii qaz qismində alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti