Bakı. Ləman Zeynalova, Orxan Nəbiyev - Trend:
Serbiya Bolqarıstanla qaz kəmərinin tikintisini 2023-cü ilin əvvəlindək başa çatdırmağı planlaşdırır. Bu, Serbiyaya həm də Azərbaycan qaznı əldə etməyə imkan verəcək.
Trend-in məlumatına görə, bunu Serbiyanın energetika naziri Zoran Mixayloviç deyib.
O bildirib ki, tikinti işləri bir il yarım davam edəcək:
"2023-cü ildə Serbiya Niş-Dimitrovqrad-Sofiya xətti ilə Bolqarıstana birləşəcək və bu bizə digər mənbələrdən, o cümlədən Azərbaycandan qaz almağa imkan verəcək".
Nazir əlavə edib ki, qaz kəmərinin tikintisi üçün tender gələn həftə elan olunacaq, tikinti işlərinin yayda başlanması planlaşdırılır.
Niş-Dimitrovqrad qaz kəmərinin dəyəri 85,5 milyon avro təşkil edəcək.