...

BP BTC üzrə əməliyyat xərclərini açıqlayıb

Energetika Materials 4 Fevral 2021 09:57 (UTC +04:00)
BP BTC üzrə əməliyyat xərclərini açıqlayıb

Bakı. Trend:

2020-ci il ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 111 milyon dollar, əsaslı xərclərə isə təqribən 29 milyon dollar xərclənib.

BP-dən Trend-ə verilən məlumata görə, 1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2020-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 475 milyon tondan artıq (3,57 milyard barel) xam neft nəql edilib və Ceyhanda 4659 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

İl ərzində isə BTC vasitəsilə 27,8 milyon tondan artıq (təqribən 211 milyon barel) xam neft və kondensat ixrac olunub və Ceyhanda 278 tankerə yüklənib.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

BTC Ko.-nun səhmdarları: bp (30,10%); AzBTC (25,00%); MOL (16 aprel 2020-ci il tarixindən Şevron şirkətini əvəz edib (8,90%); Ekvinor (8,71%); TPAO (6,53%); Eni (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti