...

Azərbaycan qaz ixracını 70 faizə yaxın artırıb

Energetika Materials 16 İyun 2021 14:21 (UTC +04:00)
Azərbaycan qaz ixracını 70 faizə yaxın artırıb

Bakı. Fidan Babayeva - Trend:

2021-ci ilin yanvar-may aylarında Azərbaycan 9,174 milyard kubmetrdən çox təbii qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 67,9 faiz çoxdur.

Trend bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, yanvar-may aylarında ixrac olunan təbii qazın ümumi məbləği 1,335 milyard dollara yaxın olub.

Hesabat dövründə təbii qaz ixracı ölkənin ümumi ixracının 17,98 faizini təşkil edib.

Qeyd edək ki, 2020-ci il ərzində Azərbaycan təxminən 2,19 milyard dollar məbləğində 12,424 milyard kubmetr qaz ixrac etmişdi.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti