...

SOCAR və Türkiyənin neft şirkəti yataqların işlənməsində əməkdaşlıq edə bilər

Energetika Materials 17 İyun 2021 14:20 (UTC +04:00)
SOCAR və Türkiyənin neft şirkəti yataqların işlənməsində əməkdaşlıq edə bilər

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə müəssisəsi və bu ölkənin TPAO şirkəti yataqların işlənməsi və hasilatda əməkdaşlıq edə bilər.

Trend-in Türkiyə KİV-lərinə istinadən məlumatına görə, bunu "SOCAR Türkiyə"nin Direktorlar Şurasının sədr müavini Vaqif Əliyev deyib.

O, Türkiyənin yeni təbii qaz ehtiyatlarını kəşf etməsininin strateji əhəmiyyətini vurğulayıb:

"Nəzəri baxımdan biz yataqların işlənməsi və hasilat sahəsində TPAO ilə işləyə bilərik. Bu, bizim işgüzar maraqlarımız daxilindədir".

V.Əliyev xatırladıb ki, SOCAR 1994-cü ildən müxtəlif layihələr üzrə TPAO ilə əməkdaşlıq edir və bu təcrübə digər ölkələrdə də istifadə oluna bilər.

Qeyd edək ki, iyunun 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə 135 milyard kubmetr həcmində təbii qaz ehtiyatlarının aşkar olunduğunu açıqlamışdı.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti