...

2050-ci ilədək hidrogen dünya enerji istehlakının 10 faizdən çoxunu əhatə edəcək

Energetika 17 Yanvar 2022 20:23
2050-ci ilədək hidrogen dünya enerji istehlakının 10 faizdən çoxunu əhatə edəcək

Trend-i buradan izləyin

Bakı. Ləman Zeynalova - Trend:

2050-ci ilədək hidrogen dünya enerji istehlakının 12 faizini əhatə edəcək.

Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin (IRENA) hesabatında deyilir.

Agentlik hesab edir ki, hidrogen enerji daşıyıcıları ticarətin coğrafiyasını dəyişəcək və enerji münasibətlərinin regionallaşmasına gətirib çıxaracaq. Bu isə öz növbəsində ənənəvi neft və qaz ticarətinin azalması ilə hidrogen istehsalı və istifadəsinə əsaslanan yeni geosiyasi təsir mərkəzlərinin yaranmasını göstərir.

Agentliyin proqnozlarına əsasən, qaz yanacağının üstünlük təşkil etdiyi bazarlarda ticarət və hədəf investisiyaları iqtisadi rəqabətqabiliyyətliliyi artıracaq və xarici siyasi landşafta təsir göstərəcək.

"Hidrogen ekoloji təhlükəsiz energetika gələcəyində çatışmayan halqa ola bilər. "Yaşıl" hidrogen sənaye artımına və sosial inkişafa ziyan vurmadan iqlim neytrallığı hədəflərinə çatmaq üçün oyunun qaydalarını dəyişir. Təmiz hidrogen geosiyasəti, böyük ehtimalla müxtəlif mərhələlərdə inkişaf edəcək", - deyə hesabatda qeyd olunur.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti