...

İran Türkiyəyə qaz tədarükünü bərpa edib

Energetika 21 Yanvar 2022 22:53 (UTC +04:00)
İran Türkiyəyə qaz tədarükünü bərpa edib

Bakı. Trend:

İranın Milli Qaz Şirkəti Türkiyəyə qaz nəqlinin bərpa olunduğunu açıqlayıb.

Trend xəbər verir ki, bu barədə cümə günü Shana xəbər agentliyi məlumat yayıb.

Qeyd olunur ki, yanvarın 19-da yaranan və qazın nəqlinin 10 gün müddətinə dayandırılmasına səbəb olan texniki nasazlıqlar aradan qaldırılıb.

İran Türkiyəyə Tengiz-Ankara qaz kəməri ilə ildə orta hesabla 10 milyard kubmetr qaz verir. Son məlumatlara görə, 2021-ci ildə İran qazının Türkiyənin enerji balansında payı 16%-ə yaxın olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti