...

Azərbaycan nefti bahalaşıb

Energetika Materials 26 Mart 2022 11:39 (UTC +04:00)
Azərbaycan nefti bahalaşıb
Nəzrin İsrafilova
Nəzrin İsrafilova
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 25-də 123,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,58 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 122,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,59 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 86,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,58 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 124,35 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,31 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti