Bakı. Trend:
Braziliyanın "Petrobras" neft-qaz şirkətinin prezidenti Joakim Silva i Luna yaxın vaxtlarda vəzifəsini tərk edəcək.
Trend-in məlumatına görə, bu barədə "Veja" jurnalı xəbər verib.
Məlumata əsasən, müvafiq qərarı dövlət başçısı Jair Bolsonaro verib.
Səhmlərin nəzarət payının əksəriyyəti hökumətə məxsus olan şirkətin keçmiş rəhbərini Braziliya İnfrastruktur Mərkəzinin hazırkı rəhbəri, iqtisadçı Adrianu Piresin əvəz edəcəyi gözlənilir.