...

SOCAR və "KazMunayQaz" transxəzər infrastrukturunun inkişafı üzrə əməkdaşlığı müzakirə ediblər (FOTO)

Energetika Materials 16 Avqust 2022 18:28 (UTC +04:00)
SOCAR və "KazMunayQaz" transxəzər infrastrukturunun inkişafı üzrə əməkdaşlığı müzakirə ediblər (FOTO)
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanın "KazMunayQaz" (QMQ) SC-nin İdarə Heyətinin sədri Maqzum Mirzəqaliyevlə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəflə görüşüb.

"KazMunayQaz"dan Trend-ə verilən məlumata görə, Bakıda keçirilən görüşdə tərəflər ikitərəfli əməkdaşlıq, o cümlədən transxəzər infrastrukturunun inkişafı sahəsində şirkətlər arasında qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.

Daha sonra M.Mirzəqaliev Gürcüstanın Batumi şəhərinə səfər edib, burada Batumi neft terminalının və Batumi dəniz limanının işi ilə tanış olub.

Batumi Neft Terminalının aktivləri 2008-ci ildə "KazMunayQaz"ın törəmə şirkəti - "KazTransOil" SC tərəfindən alınıb.

Qeyd edək ki, terminal Qazaxıstan, Azərbaycan, Türkmənistan, Gürcüstan və digər ölkələrdən olan müştərilərə neft və neft məhsullarının yüklənməsi, o cümlədən boşaldılması, yığılması üzrə xidmətlər göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti