...

Azərbaycanın neft ixracından gəlirləri 60 faizdən çox artıb

Energetika Materials 18 Oktyabr 2022 12:04 (UTC +04:00)
Azərbaycanın neft ixracından gəlirləri 60 faizdən çox artıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 19,514 milyon ton xam neft və neft məhsulları ixrac edib.

Trend bu gün bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Azərbaycan hesabat dövründə 14,897 milyard dollar məbləğində xam neft və neft məhsulları ixrac edib. Bu, ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 60,13 faiz çoxdur.

2022-ci ilin yanvar-sentyabr aylarında neft və neft məhsullarının ixracının Azərbaycanın ümumi ixracında payı 50,46 faiz təşkil edib.

(Tərcümə Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti