...

"Cəbrayıl" enerji qovşağının yaradılması Azərbaycanın ixrac potensialının artmasına xidmət edəcək - Pərviz Şahbazov

Energetika Materials 3 Noyabr 2022 12:09 (UTC +04:00)
"Cəbrayıl" enerji qovşağının yaradılması Azərbaycanın ixrac potensialının artmasına xidmət edəcək - Pərviz Şahbazov
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

"Cəbrayıl" enerji qovşağının yaradılması Azərbaycanın ixrac potensialının artmasına xidmət edəcək.

Trend-in məlumatına görə, bunu bu gün energetika naziri Pərviz Şahbazov “Prezident İlham Əliyevin rəhbərliyi ilə post-konflikt quruculuğu modeli” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, "Cəbrayıl" enerji qovşağının layihəsi üzərində iş artıq başlayıb. Bu layihə Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə və daha sonra Avropaya "yaşıl" enerji tədarükünə imkan verəcək.

P.Şahbazov qeyd edib ki, bu, üç perspektiv ixrac marşrutundan biridir.

"Azərbaycan 2022-2026-cı illərdə azad edilmiş ərazilərdə "yaşıl" enerji zonasının yaradılması üçün genişmiqyaslı tədbirlər keçirməyi planlaşdırır. Azad edilmiş ərazilərdə alternativ mənbələr vasitəsilə enerji istehsalı potensialı təxminən 10 min meqavatt təşkil edir", - nazir deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti