...

Asiya İnkişaf Bankı Azərbaycanda enerji layihələrinin inkişafı üçün əlavə kreditlər ayıra bilər

Energetika Materials 16 Noyabr 2022 11:33 (UTC +04:00)
Asiya İnkişaf Bankı Azərbaycanda enerji layihələrinin inkişafı üçün əlavə kreditlər ayıra bilər
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda enerji layihələrinin inkişafı üçün əlavə kreditlər ayıra bilər.

Trend-in məlumatına görə, bunu bu gün AİB-in investisiyalar üzrə mütəxəssisi Sənan Şabanov 3-cü İnvestisiya və Maliyyə Forumunda deyib.

Onun sözlərinə görə, bu məqsədlə müvafiq strukturlarla danışıqlar aparılır.

"Xatırladım ki, "Masdar" şirkətinin Azərbaycandakı nümayəndəliyi üçün 20 milyon dollardan çox kredit təsdiq edilib. Həmçinin, digər enerji layihələrinin kreditləşməsi üçün işlər aparılır. Qeyd edim ki, AİB-in ümumi portfelində özəl sektorun maliyyələşməsinin payını 2025-ci ilədək 30 faizə çatdırmaq planlaşdırılır", - deyə o bildirib.

S.Şabanov əlavə edib ki, Azərbaycanda həmçinin "yaşıl" istiqrazların buraxılışı üçün bir sıra müəssisələrlə danışıqlar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti