Bakı. Trend:
Dünya birjalarında neftin qiyməti 1% bahalaşıb.
Trend “Praym”a istinadən xəbər verir ki, Brent markalı neftin fevral fyuçerslərinin qiyməti 0,89% artaraq 77,86 dollar/barelə, WTI markalı neftin yanvar fyuçersləri 0,94% artaraq 72,69 dollara çatıb.
Çin Şanxay və Hançjou, eləcə də Urumçi də daxil olmaqla bir sıra şəhərlərdə koronavirus məhdudiyyətlərini yüngülləşdirib. Honq Konqda da məhdudiyyətlər yumşaldılıb.
Bazarlar dünyanın ən böyük neft idxalçıları və istehlakçılarından biri olan Çində karantin məhdudiyyətlərinin yumşaldılmasından sonra neftə tələbatın artım perspektivlərini qiymətləndirirlər.