...

Azərbaycan nefti bahalaşıb

Energetika Materials 29 Dekabr 2022 10:24 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 28-də 87,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,39 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 86,01 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,55 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 44,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 0,4 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 81,14 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,25 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti