...

Azərbaycan Avropanın enerji təchizatında çox mühüm rol oynayır - Karen Donfrid

Energetika Materials 15 Fevral 2023 15:34 (UTC +04:00)
Azərbaycan Avropanın enerji təchizatında çox mühüm rol oynayır - Karen Donfrid

Bakı. Trend:

Azərbaycan Avropaya enerji resurslarının tədarükündə çox mühüm rol oynayır.

Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Trend-ə müsahibəsində deyib.

"Azərbaycan istər birbaşa Ukraynanın, istərsə də daha geniş anlamda Avropanın enerji təchizatında mühüm rol oynayır. Xatırlayıram ki, ötən ilin yayında avropalı müttəfiqlərimiz və tərəfdaşlarımızla, həmçinin, digər ölkələrlə birlikdə Avropanın bu qışdan necə çıxa biləcəyi haqqında düşünürdük. Nəzərə alaq ki, Avropanın bir sıra iri ölkəsi Rusiya neftindən və qazından mühüm dərəcədə asılı idi", - o deyib.

Donfrid istər mühüm rol oynayan Azərbaycanın, istərsə də maye təbii qaz tədarük edən ABŞ-nin və ya Norveçin Avropanın bu qışa davam gətirəcəyinə zəmanət vermək məqsədilə bazara enerji tədarükünün artırılması imkanlarını müzakirə etmək üçün bir araya gəldiklərini qeyd edib.

"Bilirəm ki, bu, asan deyildi, enerji qiymətləri çox yüksək idi, lakin, zənnimcə, həqiqətən kritik zamanda ehtiyacların qarşılanması üçün güclərin birləşdirilməsi böyük əhəmiyyət kəsb edirdi", - dövlət katibinin köməkçisi deyib.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan Avropaya 11,4 milyard kubmetr qaz nəql edib ki, bu da 2021-ci illə müqayisədə 12,3 faiz yüksəkdir. 2022-ci ildə Azərbaycanın qaz ixracının ümumi həcmi 22,3 milyard təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 18 faiz yüksəkdir. Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli 31 dekabr 2020-ci ildə başladılıb. Dəhlizin Avropa hissəsini təşkil edən Trans-Adriatik Boru Kəmərinin (TAP) ilkin ötürmə gücü 10 milyard kubmetr təşkil edir. 2022-ci ilin iyul ayında Azərbaycan və Avropa Komissiyası Avropaya qaz tədarükünün 2027-ci ilədək 10 milyard kubmetrdən 20 milyard kubmetrədək artırılmasını nəzərdə tutan memorandum imzalayıb.

TAP-ın genişləndirilməsi üzrə imkanlar mütəmadi bazar testləri vasitəsilə təklif edilir. Boru kəmərinin ötürücülük qabiliyyətinin artırılması üzrə bazar testinin yekunlarına əsasən, 2026-cı ilin dekabrından 2028-ci ilin dekabrına qədər ildə əlavə olaraq 1,2 milyard kubmetr nəql olunması, ikinci partiyanın isə 2026-cı ilin oktyabrından 2033-cü ilin sentyabrına qədər tədarükü istənilib. 2025-ci ilin sonlarında əlçatan olacaq bu yeni uzunmüddətli ötürücülük imkanları üzrə hazırda sazişlər imzalamaqdayıq. Bu həcmin 1 milyardı İtaliyanın payına düşür, 200 milyon kubmetr isə Albaniyaya tədarük olunacaq.

Qeyd etmək lazımdır ki, 2023-cü il yanvar ayı ərzində Azərbaycandan Avropaya qaz ixracı bir milyard kubmetr təşkil edib. Hesabat ayında qaz ixracının ümumi həcmi isə illik hesablamada 12 faiz artaraq 2,2 milyard kubmetr təşkil edib.

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti