...

bp Bakı-Supsa boru kəməri ilə neft nəqlini bərpa edib

Energetika Materials 17 Fevral 2023 13:13 (UTC +04:00)
bp Bakı-Supsa boru kəməri ilə neft nəqlini bərpa edib
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

bp Bakı-Supsa boru kəməri ilə neft nəqlini bərpa edib.

Trend-in məlumatına görə, bu barədə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti Qəri Cons bp-nin gələcək planlarına həsr edilmiş brifinqdə deyib.

Onun sözlərinə görə, neftlə dolu iki tanker Gürcüstanın Supsa limanına çatdırılıb.

"Hava şəraitindən və təbiət hadisələrindən asılı olaraq bu tankerlər dünya bazarına göndəriləcək", - o əlavə edib.

Xatırladaq ki, boru kəməri ilə neft nəqli 2022-ci ilin mart ayında dayandırılmış və 1-17 aprel tarixlərində görülmüş təmir-sazlama işlərindən sonra yenidən davam etdirilmişdi. Daha sonra Supsada yükgöndərənlər tərəfindən tanker yüklənməsi ilə bağlı müraciət daxil olmadığından, Bakı-Supsa boru kəməri ilə neft nəqli yenə dayandırılıb.

Boru kəmərinin uzunluğu 837 kilometr təşkil edir. Ötürücülük qabiliyyəri ildə yeddi milyon tondan artıqdır (günlük 145 min barel). Boru kəmərinin operatoru bp şirkətidir. Neft nəqlinin yekun məntəqəsi Qara dənizin Gürcüstandakı Supsa limanıdır. Neft daha sonra tankerlərlə Avropadakı istehlakçılara göndərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti